Azərbaycan, Bakı, 25 oktyabr /Trend/
Oktyabrın 25-də ARDNŞ-nin və ABŞ-ın "BOOTS & COOTS" servis şirkəti mütəxəssisləri tərəfindən aparılmış birgə tədbirlər nəticəsində "Bulla-dəniz" yatağındakı 90 nömrəli quyudan alınan məhsulun sistemə verilməsi prosesinə başlanılıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, quyudan hasil olunan qaz özüldəki mövcud xətlə sahilə nəql olunur.
Bununla da "Bulla-dəniz" yatağındakı 90 nömrəli quyuda baş vermiş qəza tam aradan qaldırılıb, quyu xilas edilib və sistemə qoşulub.