...

İran və Shell borcun ödənilməsilə əlaqədar danışıqların növbəti raunduna başlayıb

Energetika Materials 27 Oktyabr 2013 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir, R.Zamanov/

İranın Neft Nazirliyi və Royal Dutch Shell neft şirkəti borcun ödənilməsilə əlaqədar danışıqların növbəti raunduna başlayıb. Trend "Mehr" agentliyinə istinadən xəbər verir ki, şirkətin İrana 2.3 milyard dollar borcu var.

İranın Neft Nazirliyi danışıqların aparılması üçün işçi qrupu da formalaşdırıb.

Qeyd edək ki, bir neçə aydır ki, Shell şirkəti beynəlxalq sanksiyalardan yan keçərək İrandan aldığı xam neftin borcunu ödəmək üçün yollar axtarır. Şirkət xam nefti Avropa Birliyinin iyul ayında İrana qarşı sanksiya tətbiq etməmişdən öncə almışdı.

Xatırladaq ki, aprel ayında Böyük Britaniya da Shell şirkətinin İrana borcunu ödəmək cəhdlərinin qarşısını almışdı.

Xəbər lenti

Xəbər lenti