Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.İsmayılov/
Abşeron yarımadasının enerji təchizatında mühüm rol oynayan "Şimal" elektrik stansiyası yanvar-oktyabr aylarında 1,5 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə "Azərenerji" SC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.
Məlumata görə, oktyabrda elektrik stansiyası 185,1 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.
Stansiyada payız-qış mövsümünə hazırlıq çəçivəsində işlər artıq başa çatıb.
Məlumatda o da bildirilir ki, stansiyada ikinci buxar-qaz qurğusunun (BQQ) inşası qrafikə uyğun olaraq davam etdirilir.