Azərbaycan, Bakı, 6 dekabr /Trend/
2013-cü ilin noyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 327 099 ton Azərbaycan nefti nəql olunub.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 27 267 792 ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il dekabrın 1-dək BTC-yə 232 719 606 ton neft vurulub.
Bundan başqa, cari ilin noyabr ayında BTC kəməri ilə 185 540 ton Türkmənistan nefti, 243 683 ton isə Qazaxıstan nefti nəql olunub.