...

Azərbaycan neftinin qiymətləri: 9-13 dekabr həftəsinin yekunları

Energetika Materials 14 Dekabr 2013 13:11 (UTC +04:00)
Trend-in məlumatına görə, 9-13 dekabr həftəsində AZERI LT-nin qiyməti maksimum 112,74 minimum isə 110,93 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 9-13 dekabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir E.İsmayılov/

Ötən həftə - 9-13 dekabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 111,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən təqribən 3,1 dollar/barel azdır.

Trend-in məlumatına görə, 9-13 dekabr həftəsində AZERI LT-nin qiyməti maksimum 112,74 minimum isə 110,93 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

9-13 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 107,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,25 dollar/bareldən çox azdır.

9-13 dekabr həftəsində URALS-ın qiyməti maksimum 108,59, minimum isə 106,21 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

9-13 dekabr həftəsində "Brent Dated" növünün orta qiyməti 109,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,31 dollar/bareldən çox azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 109,95, minimum isə 108,17 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti