Azərbaycan, Bakı, 19 dekabr /Trend/
Heydər Əliyev adına Bakı neft emalı zavodunun (BNEZ) 4 nömrəli istehsalat sahəsindəki 43 nömrəli koks qurğusunun ikinci axınında təmir işləri həyata keçirilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, qurğunun R-301/3,4 reaktorlarında keçid siyirtmələrin dəyişdirilməsi və soba 310/2-də ilanvari borularda təzyiqin qalxması səbəbindən aparılmış təmir işləri zamanı siyirtmələrin kipgəcləri möhkəmləndirilib, boru xətləri koks qalıqlarından təmizlənib, nəzarət-ölçü cihazları və elektrik sahəsində ortaya çıxmış nasazlıqlar aradan qaldırılıb. Qurğunun çıxış qaz xəttinə 350 diametrlik sərfölçənin quraşdırılması isə qurğudan çıxan quru qazın sərfini dəqiq ölçməyə imkan yaradır.
Təmir işləri istehsalat sahəsinin texniki personalı və zavodun 13 nömrəli Təmir-quraşdırma sexinin işçiləri tərəfindən yerinə yetirilib. Koks qurğusu artıq tam rejimlə istismara buraxılıb.
Hazırda qurğu 125-130 ton/saat məhsuldarlıqla istismar olunur ki, bu da tələb olunan normalara uyğundur.