...

Azərbaycanın bəzi bölgələrində təbii qazın verilişində fasilələr olacaq

Energetika Materials 27 Dekabr 2013 10:40 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycanın bəzi bölgələrində təbii qazın verilişində fasilələr olacaq

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 27 dekabr 2013-cü il tarixində saat 09:00-dan 17:00-dək Gəncə şəhərinin bir hissəsinə, saat 09:00-dan 18:00-dək Zaqatala şəhəri daxil olmaqla rayonun bir hissəsinə, saat 09:30-dan 18:00-dək İsmayıllı rayonunun bir hissəsinə, saat 10:00-dan Qaradağ rayonunun bir hissəsinə, saat 10:00-dan 14:00-dək Xətai rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr olacaq.

Eləcə də bu gün saat 10:00-dan 16:00-dək Abşeron və Goranboy rayonlarının bir hissəsinə, saat 10:00-dan 17:00-dək Şəki rayonuna və Ucar rayonunun bir hissəsinə, saat 10:00-dan 18:00-dək Quba rayonuna, Şamaxı, Qazax və Ağstafa rayonlarının bir hissəsinə, saat 11:00-dan Yevlax rayonunun bir hissəsinə, saat 12:00-dan 16:00-dək isə Füzuli rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti