...

Azərbaycanda " STS International " mağazalarının sayı artırılacaq

Energetika Materials 30 Dekabr 2013 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir E.İsmayılov/

"STS International" Azərbaycanda "Chevron Lubricants"ın avtomobillər üçün sürtkü materialları üzrə mağazalar şəbəkəsini genişləndirmək niyyətindədir. Bunu bazar ertəsi Trend-ə "STS International"ın baş meneceri Mehman Hüseynov bildirib.

"STS International" "Chevron Lubricants"ın rəsmi distribüteridir.

Dekabırın 27-də Bakıda "STS International"ın ilk mağazasının açılışı olub. Mağazanın açılışı şərəfinə üç gün ərzində "Chevron Lubricants" məhsullarını 50% endirimlə əldə etmək olar. Mağazada Havoline, Delo, Supreme və Ursa-nın hər bir məhsullarını almaq mümkündür.

M.Hüseynovun sözlərinə görə, " STS International " mağazasının açılışı haqqında qərar istehlak bazarının tələbləri nəzərə alınmaqla və sürtkü materiallarının birbaşa satışını təmin etmək məqsədi ilə qəbul edilib.

Mağazanın açılışı ilə "Chevron Lubricants"ın məhsulları təkcə ehtiyat hissələrinın satışı və avtomobillərə xidmət bazarında işləyənlər vasitəsilə deyil, həm də birbaşa bazarda reallaşdırılacaq.

O, qeyd edib ki, bu, müştərilərlə bilavasitə təmas saxlamağa imkan yaradır: "Məhsulumuzun fərqli cəhəti tez vərdiş edilməsidir ki, bu da məhsulun yüksək keyfiyyətindən xəbər verir".

Baş menecerin sözlərinə görə, "Chevron Lubricants" məhsullarının satış mağazalarının açılışı standartlara və şirkətin tələblərinə cavab verməyən bəzi müvəqqəti hissələrdən yan keçməyə imkan verəcək: "Bu da öz növbəsində, qiymətin formalaşmasına təsir edəcək. "STS International" ilk mağazanı açmaqla bazarda "Chevron Lubricants" istehsalı olan məhsulların bazarda vahid qiymətini diktə etmək və onun sabitliyini təmin etmək niyyətindədir".

İstehlakçılarla birbaşa əlaqə saxlamaq üçün şirkət "Chevron Lubricants" sürtkü materialları məntəqələri şəbəkəsini açmağı planlaşdırır ki, bu da rahatlığı təmin etməyə və keyfiyyətli məhsulun satışına və doldurulmasına zəmanət verməyə imkan yaradacaq.

Məhsulun keyfiyyət zəmanəti barədə danışan M.Hüseynov qeyd edib ki, şirkət yeni mağazada burada reallaşdırılan məhsulun istehsal mənşəyini təsdiq edən sertifikat yerləşdirmək niyyətindədir.

Bununla belə, o, istehsalçıdan asılı olmayaraq, sürtkü materialları alarkən istehsalçıları qablaşdırmanın vəziyyətinə və onun üzərindəki plomba diqqət etməyə çağırıb.

Bununla yanaşı, hazırda şirkət islehlakçılara pilot layihə təklif etmək istəyir. Layihə evə çatdırmaqla avtomobilin yağının dəyişdirilməsini nəzərdə tutur, bu da distribüter tərəfindən keyfiyyətli məhsulun əvəz edilməsinə zəmanət verir.

Onun sözlərinə görə, bazarda keyfiyyətsiz məhsulların sayı az deyil, lakin bu kifayət etmir, çünki digər amillər var: "Bunlar son istehlakçıya servisin bütün dövrünü başa çatdıran faktorlardır. Məsələn, biz dünya standartlarına əsaslanmış uyğunluq və keyfiyyət sertifikatını alaraq öz məhsulunu qeydiyyata alan və təsdiq edən yeganə təşkilatıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti