...

Bakı neft emalı zavodunun texnoloji qurğusunda təmir işləri aparılıb

Energetika Materials 14 Yanvar 2014 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Heydər Əliyev adına Bakı neft emalı zavodunun 31 nömrəli katalitik riforminq qurğusunun hidro-təmizləmə bölməsində yaranmış nasazlığın aradan qaldırılması məqsədi ilə aparılan təmir işləri uğurla başa çatıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, həmin bölmədə reaktorun daxilində conson səbətlərinin və reaktorun üst qatının tutulması təzyiqlər fərqinin yaranmasına (normaya görə reaktorda təzyiqlər fərqi 07 atmosferdən artıq olmamalıdır) səbəb olmuşdu. Bununla əlaqədar olaraq, istehsalat sahəsinin işçi personalı tərəfindən səbətlər təmizlənərək bərpa olunub və yerinə quraşdırılıb.

Bundan başqa, təmir zamanı 111 nömrəli kompressorun çıxış xətləri su buxarı ilə təmizlənib, 111 nömrəli sobanın su buxarı xətlərində olan nasazlıqlar aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti