...

TANAP qaz kəməri üçün kompressor stansiyalarının inşası üzrə tender elan edilib

Energetika Materials 17 Yanvar 2014 13:10 (UTC +04:00)
Trans-Anadolu qaz kəməri (TANAP) konsorsiumu bir sıra kompressor və ölçmə stansiyalarının layihələndirilməsi, satın alınması və inşası üzrə təsnifatöncəsi tender elan edib.
TANAP qaz kəməri üçün kompressor stansiyalarının inşası üzrə tender elan edilib

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.İsmayılov/

Trans-Anadolu qaz kəməri (TANAP) konsorsiumu bir sıra kompressor və ölçmə stansiyalarının layihələndirilməsi, satın alınması və inşası üzrə təsnifatöncəsi tender elan edib. Trend-in xəbərinə görə, bu barədə layihənin rəsmi internet saytındakı məlumatda deyilir.

Tender iki kompressor stansiyasının, dörd ölçü stansiyası və iki reduktor və ölçü stansiyasının layihələndirilməsi, satın alınması və inşasını nəzərdə tutur.

Tenderdə ISO 9001, ISO 14001 və OHSAS 18001 idarəetmə və keyfiyyət standartlarına uyğun şirkətlər iştirak edə bilərlər. Şirkətlər Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, yaxud Aİ, ABŞ/BMT, Azərbaycan və Türkiyə tərəfdən hansısa sanksiyalara malik olmamalıdırlar.

Təklif 2014-cü il fevralın 28-dək təqdim edilməlidir.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

TANAP Doğalgaz İletim A.Ş.
Kızılırmak Mah. Ufuk Üniversitesi Cad. Farilya Business Center No: 8/18 Kat: 2 Çukurambar - ANKARA
Türkiyə
Tel: +90 (312) 999 1111.
Faks: +90 (312) 999 1112.
Elektron ünvan: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti