...

Bakının bir hissəsinin, Lənkəran və Masallının qaz təchizatında məhdudiyyətlər yaranacaq

Energetika Materials 23 Yanvar 2014 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 23 yanvar 2014-cü il tarixində saat 10:00-dan 17:00-dək Xətai rayonunun bir hissəsinə, saat 10:00-dan 18:00-dək isə Masallı və Lənkəran rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti