...

Azərbaycanda ötən ay elektrik enerjisi istehsalı cüzi artıb

Energetika Materials 4 Fevral 2014 13:41 (UTC +04:00)
"Azərenerji" ASC 2014-cü ilin yanvarında təqribən 2,2 milyard kilovat/saat elektrik enerjisi istehsal edib.
Azərbaycanda ötən ay elektrik enerjisi istehsalı cüzi artıb

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" ASC 2014-cü ilin yanvarında təqribən 2,2 milyard kilovat/saat elektrik enerjisi istehsal edib. 2013-cü ilin yanvarında bu rəqəm 2,1 milyard kilovat/satdan çox olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ASC-nin yaydığı xəbərdə deyilir.

"Azərenerji"nin məlumatına görə, 2013-cü ildə ümümilikdə ASC-nin elektrik stansiyaları 21,5 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal ediblər. 2012-ci ildə isə bu göstərici 21,3 milyard kilovat/saata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti