...

BP 2014-cü ildə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə əsaslı xərclərin həcmini açıqlayıb

Energetika Materials 13 Fevral 2014 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.İsmayılov/

2013-cü il ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə 50 milyon dollar əməliyyat xərcləri və 250 milyon dollar əsaslı xərclər sərf edilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı BP-nin 2013-cü ilin yekunları üzrə hesabatında deyilir.

2014-cü il üçün bu işlərə 50 milyon dollar əsaslı xərclər gözlənilir. CQBK-nın genişləndirilməsi üzrə işlərin sürət götürməsi nəticəsində əsaslı xərclər 1 milyard 250 milyon dollara qədər artacaq.

CQBK-nın genişləndirilməsi layihəsi üzrə yekun investisiya qərarı 17 dekabr 2013-cü il tarixində "Şahdəniz-2" üçün qərar verilməsi ilə eyni zamanda qəbul edilib. 2014-cü il ərzində bir sıra müqavilələrin, o cümlədən ilkin işlər və boru kəməri qurğuları, həmçinin Azərbaycanda boru kəmərinin tikintisi üzrə müqavilələrin bağlanması planlaşdırılıb. İlk boru partiyasının Azərbaycana gətirilməsi bu ilə planlaşdırılıb.

CQBK-nın genişləndirilməsi ilə "Şahdəniz 2"-nin işlənməsinin dəyəri 28 milyard dollar qiymətləndirilir.

Bakı-Tbilisi-Ərzurum (CQBK) boru kəmərinin uzunluğu 700 kilometrdən çoxdur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağında hasil edilən qaz nəql edilir. Qaz Gürcüstan və Türkiyəyə tədarük olunur. Azərbaycan da qaz alıcısı qismində çıxış edir.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator - 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti