...

Bakı neft emalı zavodunun 55 nömrəli qurğusu təmirdən sonra istismara buraxılıb

Energetika Materials 24 Fevral 2014 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Heydər Əliyev adına Bakı neft emalı zavodunun (NEZ) katalitik krekinq üzrə 55 nömrəli qurğusunda həyata keçirilən təmir işləri başa çatırılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, işlərin lazımi səviyyədə və vaxtında yerinə yetirilməsi üçün üçnövbəli iş sistemi tətbiq edilib. Mərhələli şəkildə həyata keçirilən təmir işlərinə zavodun təmir-quraşdırma üzrə 13 nömrəli sexinin, digər sexlərin müxtəlif təyinatlı təmirçi briqadaları, eləcə də zavodun texnoloji qurğularının təmiri işlərində daim yardımçı olan kənar təşkilatlar cəlb ediliblər.

Qurğunun regeneratorunun siklon qruplarında, R-202-nin torkret beton örtüyündə, kaskad boşqablarda, buxarpaylayıcılarında və buxarqızdırıcılarda baş vermiş qüsurların aradan qaldırılması məqsədi ilə görülmüş təmir işləri zamanı T-317-1/2 istidəyişdiricilərində 4 ədəd boru dəsti, MK-301/1 kompressorunda yüksək təzyiqli silindr yeniləri ilə əvəz olunub.

Bundan əlavə, təmirin gedişi zamanı S-102 sobasında istismara yararsız boru xətləri yenilənib, sobada hidravlik sınaq işləri aparılıb.

Hazırda katalitik krekinq qurğusu uğurla istismar olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti