...

Bakı NEZ-in 2 qurğusu təmirdən sonra istismara buraxılıb

Energetika Materials 9 Aprel 2014 17:29 (UTC +04:00)
Aprelin 8-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və emal üzrə vitse-prezidenti Davud Məmmədov Heydər Əliyev adına Bakı neft emalı zavodunda olub, katalitik riforminq və koks qurğularının təmir olunub istismara buraxılması ilə maraqlanıb, məsləhətlərini verib. Bu barədə Trend ARDNŞ-nin rəsmi saytına istinadən xəbər verir.
Bakı NEZ-in 2 qurğusu təmirdən sonra istismara buraxılıb

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Aprelin 8-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və emal üzrə vitse-prezidenti Davud Məmmədov Heydər Əliyev adına Bakı neft emalı zavodunda olub, katalitik riforminq və koks qurğularının təmir olunub istismara buraxılması ilə maraqlanıb, məsləhətlərini verib. Bu barədə Trend ARDNŞ-nin rəsmi saytına istinadən xəbər verir.

Şirkət rəhbərliyinə məlumat verilib ki, Heydər Əliyev adına BNEZ-in katalitik riforminq qurğusunda təmir işlərinin aparılmasında məqsəd qurğunun bəzi bölmələrinin iş rejiminin tam gücü ilə bərpasına nail olmaq idi. Əsas işlər qurğunun DR-211 reaktorunda görülüb. Bu məqsədlə reaktorun daxilindəki hissələr sökülərək təmizlənib və yenidən yığılıb. BN-211, 212, 213, 214 sobalarında da mühüm işlər yerinə yetirilib. Sobaların boruları təmizlənib, odadavamlı kərpiclər bərpa olunub, müvafiq izolyasiya işləri aparılıb.

Həmçinin sobalarda istilik itkisinin qarşısının alınması üçün sıradan çıxmış metal örtüklər dəyişdirilib, digər zəruri işlər görülüb. Təmir vaxtı istehsalatın ərazisində DB-11 xammal tutumu, DB-121 və DB-821 separatorları da təmizlənib. 10 gün davam edən təmirdən sonra qurğu artıq rejimə çıxıb.

Koks istehsalı üzrə 43 №-li qurğunun birinci axınının təmirinin əsas səbəbi isə 301/1 sobasındakı ilanvari borularda təzyiqin normadan yuxarı olması idi. Qurğunun birinci axını təmirə saxlanıldıqdan sonra ilanvari borularda yığılıb qalmış koks buxar-hava qarışığı ilə yandırılıb. Yararsız hesab edilən 5 ədəd boru dəyişdirilib, həmin müddətdə 1-ci axında olan buraxılışlar da aradan qaldırılıb. Təmir başa çatdıqdan, qurğunun kipliyi və möhkəmliyi yoxlanıldıqdan sonra 1-ci axın reqlamentə uyğun olaraq işə buraxılıb. Hazırda bu qurğu normal rejimdə istismardadır.

Yüksək oktanlı benzin istehsal edən katalitik krekinq qurğusunda isə əsaslı təmir işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti