...

"Neft Daşları" yatağında quyu qazılıb

Energetika Materials 10 Aprel 2014 17:32 (UTC +04:00)
"Neft Daşları" yatağındakı 2521 №-li Stasionar Dəniz Özülündən 2527 nömrəli quyuda qazma işləri sona çatdırılıb.
"Neft Daşları" yatağında quyu qazılıb

Azərbaycan, Bakı, 10 aprel /Trend/

"Neft Daşları" yatağındakı 2521 №-li Stasionar Dəniz Özülündən 2527 nömrəli quyuda qazma işləri sona çatdırılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, layihə dərinliyi 1214-1205 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən qazılıb.

Qırməki altı lay dəstəsindən mənimsənilməyə başlanmış quyu martın 30-dan etibarən istismara daxil edilib.

Geoloqların hesablamalarına görə, quyudan fontan üsulu ilə sutkada 15 ton neft hasil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti