...

"Neft Daşları" yatağında yeni quyu qazılır

Energetika Materials 7 May 2014 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

"Neft Daşları" yatağındakı 2585 nömrəli platformadan 2600 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, layihə dərinliyi 2410 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılır.

Geoloqların hesablamalarına görə, quyudan sutkada 30 ton neft hasil ediləcək.

Quyuda istismar işləri "Neft Daşları" NQÇİ tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti