...

Azərbaycan, Gürcüstan və Türkiyə elektrik enerjisi tədarükünün həcm və tariflərini razılaşdıracaqlar

Energetika Materials 14 May 2014 20:52 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi yaradılmış işçi qrupu çərçivəsində üçtərəfli enerji körpüsü layihəsi üzrə elektrik enerjisinin tədarükünün həcm və tariflərini razılaşdıracaqlar.
Azərbaycan, Gürcüstan və Türkiyə elektrik enerjisi tədarükünün həcm və tariflərini razılaşdıracaqlar

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi yaradılmış işçi qrupu çərçivəsində üçtərəfli enerji körpüsü layihəsi üzrə elektrik enerjisinin tədarükünün həcm və tariflərini razılaşdıracaqlar. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, işçi qrupu bu yaxınlarda yaradılıb: "İşçi qrupu çərçivəsində 3 ölkə arasında idxal-ixrac əməliyyatları məsələləri müzakirə oluncaq".

N.Əliyev Azərbaycan, Rusiya və İranın enerji sistemlərinin birləşdirilməsi layihəsi və paralel işi sahəsində aparılan işləri də qeyd edib.

Nazirin sözlərinə görə, enerji sahəsində layihələrin uğurla reallaşdırılması Azərbaycana qaz ixracı sahəsindəki nailiyyətlərlə yanaşı, elektrik enerjisinin ixracı sahəsində müsbət nəticələr qazanmağa imkan verəcək ki, bu da ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti