...

Bakı NEZ-in ED-AV-6 qurğusunun vakuum bölməsi istismara buraxılıb

Energetika Materials 30 May 2014 15:42 (UTC +04:00)
Heydər Əliyev adına Bakı neft emalı zavodunun (NEZ) 21 №-li ilkin emal qurğusu istismara verildikdən sonra mərhələlər üzrə aparılan təmir işləri qurğunun vakuum bölməsində davam etdirilib.
Bakı NEZ-in ED-AV-6 qurğusunun vakuum bölməsi istismara buraxılıb

Azərbaycan, Bakı, 30 may /Trend/

Heydər Əliyev adına Bakı neft emalı zavodunun (NEZ) 21 №-li ilkin emal qurğusu istismara verildikdən sonra mərhələlər üzrə aparılan təmir işləri qurğunun vakuum bölməsində davam etdirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir zamanı vakuum bölməsində kolonların bütün daxili elementləri yeniləri ilə əvəz edilib, kolonun içərisində uzun müddət istismarda olan bütün paketlər təzələnib. Bütün bunlar məhsulun keyfiyyət göstəricilərinin yüksəlməsinə və məhsulun çıxım faizinin artmasına səbəb olub. Vakuumyaradıcı qurğunun yenilənməsi isə emal dərinliyinin artmasına imkan verib.

Bundan başqa, təmir müddətində forsunkalar yeniləri ilə əvəz olunub ki, bu da ekoloji mühitün qorunmasına, yanacaq və enerjiyə qənaətə imkan verib. ED-AV-6 qurğusunun vakuum bölməsində təmir işləri başa çatıb və qurğu tam rejimlə istismara buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti