...

ARDNŞ və BP Abşeron arxipelaqının dayaz hissəsində geoloji kəşfiyyat aparacaqlar

Energetika Materials 5 İyun 2014 12:37 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Böyük Britaniyanın BP şirkəti Abşeron arxipelaqının dayaz hissəsində geoloji kəşfiyyat üzrə saziş imzalayıblar. T
ARDNŞ və BP Abşeron arxipelaqının dayaz hissəsində geoloji kəşfiyyat aparacaqlar

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Böyük Britaniyanın BP şirkəti Abşeron arxipelaqının dayaz hissəsində geoloji kəşfiyyat üzrə saziş imzalayıblar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda jurnalistlərə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, əvvəllər həmin sahələrdə işlərin aparılması çətin idi, indi isə müasir avadanlıqlar və texnika mövcuddur: "Biz həmin sahələrdə işlər həyata keçirmək üçün BP şirkəti ilə saziş imzalamışıq, bunun kiçik neft yataqlarını kəşf etməyə imkan verməsi mümkündür".

Yusifzadənin qeyd etdiyi kimi, ARDNŞ Azərbaycanda quruda neft yataqlarının axtarışı və kəşfiyyatı ilə bağlı BP-nin təklifinə baxmaq niyyətindədir. Hazırda diqqət ölkədə neft yataqlarının açılmasına cəmləşdirilib, çünki qaz yataqlarının kəşfi ehtimalı böyükdür: "Ona görə də biz quruya qayıdırıq [...] Biz müasir texnologiyalar və avadanlıqlar tətbiq etməklə neft axtarışını bərpa etmək istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti