...

Azərbaycanda xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri bahalaşıb

Energetika Materials 9 İyun 2014 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyun /Trend/

2014-cü ilin may ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 2,4 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 2,7 faiz artıb, emal sənayesi üzrə istehsalçı qiymətləri isə eyni səviyyədə qalıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2014-cü ilin may ayında mədənçıxarma sənayesi bölməsində xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri 2,7 faiz bahalaşıb, metal filizlərinin hasilatı üzrə 2,3 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşıb.

May ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri qida məhsullarının istehsalı üzrə 1,9 faiz, kağız və karton istehsalı üzrə 1,7 faiz, kimya sənayesi üzrə 0,5 faiz, neft məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 0,1 faiz ucuzlaşıb, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 11,5 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 4,0 faiz, metallurgiya sənayesi üzrə 1,3 faiz, içki istehsalı üzrə 1,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,9 faiz, tikinti məmulatlarının istehsalı və mebel istehsalı üzrə 0,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,4 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti