...

Ankara və Tehran qazın qiymətini yenidən müzakirə edəcəklər

Energetika Materials 10 İyun 2014 16:54 (UTC +04:00)
Ankara və Tehran Türkiyəyə tədarük edilən İran qazının qiymətini yenidən müzakirə edəcəklər.
Ankara və Tehran qazın qiymətini yenidən müzakirə edəcəklər

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir R.Hafizoğlu/

Ankara və Tehran Türkiyəyə tədarük edilən İran qazının qiymətini yenidən müzakirə edəcəklər. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumaat görə, bunu Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, İran nümayəndə heyəti bu məsələni müzakirə etmək üçün gələn həftə Ankaraya gələcək: "İran Türkiyədən Beynəlxalq Arbitraj Məhkəməsindən iddia ərizəsini geri çağırmağı tələb edib. Bu, Ankara üçün qəbuledilməzdir".

T.Yıldız əlavə edib ki, İran Prezidenti Həsən Ruhaninin Türkiyəyə səfəri zamanı bu ölkənin nümayəndə heyəti Ankaraya yeni şərtlər təklif edib: "Həmin şərtlərə əsasən, qazın qiyməti azaldıla bilər, lakin bu şərtlər Ankara üçün sərfəli deyil".

Qeyd edək ki, qazın qiymətləri rəsmən açıqlanmasa da, Türkiyə KİV-in məlumatına görə, ölkə İran qazının hər min kubmetri üçün 490 dollar ödəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti