...

Bakı NEZ-in koks qurğusu məhsuldarlıqla istismar olunur

Energetika Materials 12 İyun 2014 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /Trend/

ARDNŞ-nin Heydər Əliyev adına Bakı neft emal zavodunun (NEZ) koks istehsalı üzrə 4 №-li istehsalatının 43 №-li qurğusu əsaslı təmirdən sonra daha yüksək məhsuldarlıqla istismar olunmağa başlayıb.

Trend Şirkətin rəsmi saytına istinadən məlumat verir ki, may ayının iqtisadi göstəricilərinə görə, koks istehsalı üzrə aylıq tapşırığa 106% əməl edilib. Hazırda qurğu 2 ахınla normal rejimdə istismardadır. İstehsal olunan koks respublikanın daxili ehtiyaclarını ödəməklə yanaşı, hər gün 15-20 vaqon olmaqla xaricə ixrac olunur.

Qurğunun Qaz-kompressor stansiyasında görülən yenidənqurma işləri də artıq yekunlaşmaq üzrədir. Reduktorda dişli çarxların dəyişdirilməsi ilə rotorun dövrlər sayının 10 mindən 13 minə qaldırılacağı gözlənilir ki, bu da məhsuldarlığın artmasını təmin edəcək.

Zavodun 55 və 21 №-li qurğularının təmiri dövründə eyni zamanda 4№-li istehsalatın Məşəl təsərrüfatında həyata keçirilən tədbirlər nəticəsində 5 ilə yaxın istismarda olan məşəl qülləsinin başlığı təzələnib, boru xətləri dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti