...

Rövnəq Abdullayev: Azərbaycanın qazlaşdırılması sahəsində görülən işlər bundan sonra da davam etdiriləcək

Energetika Materials 21 İyun 2014 14:43 (UTC +04:00)
İyunun 21-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Qusar rayonunun Samur qəsəbəsinə, İmamqulukənd kəndinin yeni salınmış yaşayış massivinə və Yeni Tahircal kəndinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.
Rövnəq Abdullayev: Azərbaycanın qazlaşdırılması sahəsində görülən işlər bundan sonra da davam etdiriləcək

Azərbaycan, Bakı, 21 iyun /Trend/

İyunun 21-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Qusar rayonunun Samur qəsəbəsinə, İmamqulukənd kəndinin yeni salınmış yaşayış massivinə və Yeni Tahircal kəndinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

Trend Şirkətin rəsmi saytına istinadən məlumat verir ki, tədbirlərdə ARDNŞ, "Azəriqaz" İstehsalat Birliyi, Qusar Rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şirkət prezidentinə məruzə olunub ki, ümumilikdə 857 abonenti olan yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə 86,6 kilometr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri, o cümlədən, 7,8 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilib. Samur qəsəbəsində 43,2 kilometr, Yeni Tahircal kəndində 15,6 kilometr, İmamqulukənd kəndinin yeni salınmış yaşayış massivində isə 20 kilometr uzunluğunda qaz xətləri quraşdırılıb.

Qeyd olunub ki, hazırda rayonun Kufoba kəndində (85 ev) paylayıcı küçə qaz xətlərinin, Qullar kəndində isə (72 ev) daşıyıcı və paylayıcı küçə qaz xətlərinin çəkilişi işləri aparılır.

ARDNŞ-nin prezidenti R.Abdullayev yaşayış məntəqlərinin təbii qazla təchiz olunması münasibətilə sakinləri təbrik edib və bildirib ki, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri "mavi yanacaq"la təmin olunur.

O, respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış massivlərinin təbii qazla təmin olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti