...

Azərbaycanın 15 rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 3 Sentyabr 2014 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, qaz nəqli və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 12:00-dək Şəki rayonuna, saat 13:00-dək Nərimanov, saat 17:00-dək Suraxanı, Xətai, Füzuli və Yevlax rayonlarının bir hissəsinə, Qax rayonuna, saat 18:00-dək Nizami, Xəzər, Binəqədi, Abşeron, Quba və Şəmkir rayonlarının bir hissəsinə, Astara rayonunun Ərçivan, Kürdəmir rayonunun isə Çöhranlı və Bağbanlı kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti