...

Aktau limanından daşınan maye neft yüklərinin həcmi açıqlanıb

Energetika Materials 4 Sentyabr 2014 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin ilk 7 ayında Aktau beynəlxalq dəniz ticarət limanı ilə 3,6 milyon ton maye neft yükü daşınıb. Bu rəqəm ötən ilin eyni dövründə 3,13 milyon ton olub.

Trend-in limanın saytına istinadən verdiyi məlumata görə, limandan 2013-cü ildə 6,28 milyon ton, 2012-ci ildə isə 7,6 milyon ton maye neft yükü daşınıb.

Aktau ilə daşınan neftin bir hissəsi Bakıyadək nəql edilir, oradan isə dəmiryolu ilə Gürcüstanın Qara dəniz limanlarına tədarük olunur.

Məlumata əsasən, limanla cari ilin yanvar-iyul aylarında daşınan 2,65 milyon quru yükdən 688,2 min tonu metal məhsullarının, 1,14 min tonu bərə yüklərin, 534,6 min tonu taxıl, 281,8 min tonu isə digər yüklərin payına düşür.

Yanvar-iyul aylarında limandan 6,24 milyon ton yük daşınıb, bu dövrdə limana 1017 gəmi daxil olub.

Limanla 2013-cü ildə 10,08 milyon ton yük daşınıb ki, bu da proqnozlaşdırılan həcmdən 3,1 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti