...

AÇG neft-qaz yataqlar blokunda perspektivli hasilat həcmləri açıqlanıb

Energetika Materials 9 Sentyabr 2014 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi çərçivəsində əsas məqsəd uzunmüddətli dövrdə hasilat həcminin 30 milyon tondan çox səviyyədə saxlanılmasıdır. Trend-in məlumatın görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev blokda hasilat həcminin azalmasına dair suala cavab verərkən deyib.

O, hasilat həcminin bir qədər azalmasının səbəbini onunla izah edib ki, bəzən quyuya suyun çıxması və qumun daxil olması üzrə göstəricilər proqnozları üstələyir: "Bu prosesi əvvəlcədən söyləmək olmur. Lakin AÇG-də vəziyyət mütəmadi nəzarət altındadır və blokda sabit göstəricilərin saxlanılması üzrə bütün zəruri işlər aparılır".

R.Abdullayev bildirib ki, ARDNŞ AÇG-də işlərə nəzarət mexanizmi qismində blokun perspektivli işlənməsi proqramını hazırlayıb: "Bu il AÇG-də neft hasilatının həcmi proqnozlaşdırılan göstəriciləri üstələyir, gələn il isə cari ilin göstəricisi səviyyəsində olacaq".

ARDNŞ prezidenti AÇG-də dərin qaz yığımının işlənməsi ilə bağlı deyib ki, bu layihə üzrə müqavilənin imzalanması hələ gözlənilmir: "Bu da bir sahədə iki müxtəlif karbohidrogen obyektinin mövcudluğu nəticəsində yaranan maraqların toqquşması ilə əlaqədardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti