...

Azərbaycanda xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri ucuzlaşıb

Energetika Materials 9 Sentyabr 2014 16:02 (UTC +04:00)
2014-cü ilin avqust ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 4,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 4,8 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 0,7 faiz ucuzlaşıb.
Azərbaycanda xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri ucuzlaşıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

2014-cü ilin avqust ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 4,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 4,8 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 0,7 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2014-cü ilin avqust ayında mədənçıxarma sənayesi bölməsində daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,4 faiz, metal filizlərinin hasilatı üzrə 0,3 faiz, xam neft və təbii qaz hasilatı üzrə isə istehsalçı qiymətləri 4,8 faiz ucuzlaşıb.

Avqust ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri toxuculuq sənayesi üzrə 5,8 faiz, tikinti məmulatlarının istehsalı üzrə 2,7 faiz, kompüter və digər elektron avadanlıqlarının istehsalı üzrə 1,1 faiz, neft məhsullarının istehsalı üzrə 0,8 faiz, qida məhsullarının istehsalı üzrə 0,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı və metallurgiya sənayesi üzrə 0,1 faiz ucuzlaşıb, geyim istehsalı üzrə 4,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,5 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,7 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,4 faiz, əczaçılıq məhsullarının istehsalı və mebel istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti