...

Azərbaycanda təsdiq edilmiş qaz ehtiyatları 2,5 dəfə arta bilər

Energetika Materials 10 Sentyabr 2014 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü il sentyabrın 1-nə olan məlumata görə, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinə başlanılmasından etibarən 55 milyard kubmetr qaz hasil olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən "Xəzər Şelfi" Beynəlxalq Konfransında deyib.

Onun sözlərinə əsasən, göstərilən dövrdə yataqdan, həmçinin 14 milyon ton qaz-kondensat hasil edilib.

X.Yusifzadə bildirib ki, Azərbaycanda təsdiq edilmiş qaz ehtiyatları 2,3 trilyon kubmetr təşkil edir, lakin proqnozlaşdırılan ehtiyatlar nəzərə alınmaqla bu göstərici 6 trilyon kubmetrə çata bilər: "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Araz-Alov-Şərq" və "Şəfəq-Asiman" perspektivli dəniz blokları və strukturlarının proqnozlaşdırılan ehtiyatları 2,2 trilyon kubmetrdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti