...

ABŞ-ın UOP şirkətinin nümayəndələri Bakı neft emalı zavodunda təqdimat keçiriblər

Energetika Materials 11 Sentyabr 2014 19:43 (UTC +04:00)
ABŞ-ın UOP şirkətinin nümayəndələri Heydər Əliyev adına Bakı neft emalı zavodunda (NEZ) olub, müəssisə rəhbərliyi ilə görüşüblər.
ABŞ-ın UOP şirkətinin nümayəndələri Bakı neft emalı zavodunda təqdimat keçiriblər

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

ABŞ-ın UOP şirkətinin nümayəndələri Heydər Əliyev adına Bakı neft emalı zavodunda (NEZ) olub, müəssisə rəhbərliyi ilə görüşüblər.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, zavodun direktoru Elman İsmayılov dövlət tərəfindən Avropa standartlarına cavab verən neft məhsullarının istehsalı ilə bağlı müəssisə qarşısında qoyulmuş vəzifələrdən, əsas texnoloji qurğuların hazırkı vəziyyətindən danışıb.

İşgüzar görüşdə qonaqlar müzakirə olunan məsələlərlə bağlı təkliflərini və zavodun texnoloji qurğularında yenidənqurma və modernləşdirmə işlərinin mahiyyəti, həcmi, yerinə yetirilməsi və yeni qurğuların tikintisi haqqında hazırlanmış təqdimatı nümayiş etdiriblər.

Diskussiya şəraitində keçən təqdimatda bir çox məsələlərə aydınlıq gətirilib, yaxın gələcəkdə görüləcək işlər müzakirə olunub.

Qeyd edək ki, ARDNŞ-də qarşıda duran mühüm vəzifələrdən biri emal kompleksində kəmiyyət göstəricilərinin yaxşılaşdırılması ilə yanaşı, istehsal olunmuş məhsulların Avropa standartlarına uyğunlaşdırılmasıdır.

Şirkətin emal müəssisələrində aparılan yenidənqurma və təmir-bərpa işləri neft məhsullarının keyfiyyətinin yüksəlməsinə və istehsalın artmasına şərait yaradır. Yanacaq növlərinin keyfiyyətinin yaxşılalaşdırılması sahəsində ixtisaslaşmış müasir xarici şirkətlərin köмəyi ilə Hеydər Əliyev аdına Bakı NEZ-in ЕD-АV-6, kаtаlitik kreninq, kаtаlitik riforminq qurğularında bir sıra rekonstruksiya işlərinin aparılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti