...

Şahmar Mövsümov: Yaxın illərdə ARDNF-yə 200 milyard dollar vəsait daxil olacaq

Energetika Materials 20 Sentyabr 2014 10:34 (UTC +04:00)
Proqnozlara əsasən, yaxın illərdə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 200 milyard dollar vəsait daxil olacaq. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Fondun rəhbəri Şahmar Mövsümov bildirib.
Şahmar Mövsümov: Yaxın illərdə ARDNF-yə 200 milyard dollar vəsait daxil olacaq

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Seymur Əliyev/

Proqnozlara əsasən, yaxın illərdə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 200 milyard dollar vəsait daxil olacaq. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

ARDNF-nin yaradıldığı 1999-cu ildə fondun aktivləri 271 milyon dollar təşkil edirdi. 2014-cü il iyulun 1-nə olan vəziyyətə görə, ARDNF-nin aktivləri 4,86 faiz artaraq cari ilin əvvəli ilə (35 877,5 milyon dollar) müqayisədə 37 622,4 milyon dollar təşkil edib.

Ş.Mövsümov bildirib ki, hazırda fond tərəfindən Bakı-Tbilisi-Qars dəmir yolu, Samur-Abşeron kanalının yenidən qurulması, Dövlət Proqramı çərçivəsində tələbələrin xaricdə təhsil alması layihələrinin maliyyələşdirilməsi davam etdirilir.

"Cənub Qaz Dəhlizi" layihəsinin maliyyələşdirilməsinə gəlincə, icraçı direktor qeyd edib ki, ARDNF bu prosesdə bilavasitə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti