Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Azad Həsənli/
Ötən həftə - 3-7 noyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 84,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 4,051 dollar/barel azdır.
Trend-in məlumatına görə, ötən həftə AZERI LT-nin qiyməti maksimum 86,6, minimum isə 83,81 dollar/barel təşkil edib.
3-7 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 81,064 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 2,936 dollar/barel çoxdur.
Ötən həftə URALS-ın qiyməti maksimum 82,66, minimum isə 80,02 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
3-7 noyabr dövründə "Brent Dated" növünün orta qiyməti 83,09 dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 2,46 dollar/barel azdır.
Ötən həftə "Brent"in maksimum qiyməti 84,84 dollar, minimum isə 82,08 dollar/barel təşkil edib.