...

Xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri ucuzlaşıb

Energetika Materials 10 Noyabr 2014 12:43 (UTC +04:00)
2014-cü ilin oktyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 8,9 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 10,0 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 1,7 faiz ucuzlaşıb.
Xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri ucuzlaşıb

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

2014-cü ilin oktyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 8,9 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 10,0 faiz, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 1,7 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2014-cü ilin oktyabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 10,0 faiz, metal filizlərinin hasilatı üzrə 4,5 faiz ucuzlaşma, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətlərində isə 0,2 faiz bahalaşma müşahidə olunub.

Oktyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 7,2 faiz, neft məhsullarının istehsalı üzrə 2,2 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 2,1 faiz, kimya sənayesi üzrə 0,7 faiz, tütün məhsullarının və maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,3 faiz, qida məhsullarının və geyim istehsalı üzrə istehsalçı qiymətləri 0,1 faiz ucuzlaşıb, avtomobil və qoşquların istehsalı üzrə 1,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,1 faiz, icki istehsalı üzrə 0,3 faiz, mebel istehsalı üzrə 0,2 faiz, toxuculuq sənayesi üzrə istehsalçı qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti