...

Caspian Energy jurnalının növbəti sayı işıq üzü gördü

Energetika Materials 11 Dekabr 2014 14:38 (UTC +04:00)
Caspian Energy 2014-cü ilin energetika sektorunun inkişafnın ilkin nəticələrinə və 2015-ci ilin gözləntilərinə (proqnozlarına) həsr olunmuş növbəti sayı işıq üzü gördü.
Caspian Energy jurnalının növbəti sayı işıq üzü gördü

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Caspian Energy 2014-cü ilin energetika sektorunun inkişafnın ilkin nəticələrinə və 2015-ci ilin gözləntilərinə (proqnozlarına) həsr olunmuş növbəti sayı işıq üzü gördü.

Caspian Energy jurnalının bu sayında ExxonMobil korporasiyasının direktorlar şurasının sədri və baş icraçı direktoru Reks Tillerson, enerji ittifaqı üzrə Avropa komissiyasının vitse-prezidenti Marş Şevçoviç, həmçinin AB və Xəzər-Qaradəniz regionu ölkələrinin iqtisadi və enerji nazirlik və qurumlarının rəhbərləri ilə eksklyuziv müsahibələr yer alıb.

Eyni zamanda, AB və dünya nüft bazarında baş verən əsas hadisələr, Caspian Energy-nin tərtib etdiyi dünyanın ən iri neft-qaz şirkətlərinin reytinqi jurnalda əks olunub.

Jurnal III Frankfurt qaz forumu çərçivəsində təqdim olunacaq.

Jurnalda həmçinin Qazaxıstan Respubublikasının neft-qaz sektorunun inkişafına həsr olunmuş materiallar, Şotlandiya Parlamentinin iqtisadiyyat, energetika və turizm üzrə komitənin sədri Murdo Freyzer, Polşanın ətraf mühit naziri Matsey Qrabovskiy, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əskərov, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Caspian Catering Service - in direktoru Seymur Mustafayev, SOCAR-Fugro LLC-nin baş direktoru Kristofer Motta, Astana Marriott otelinin baş meneceri Filipp Maquasa, Grand Hotel Europe otelinin baş meneceri Kemal Eratay, Det.AL Holding-in baş direktoru Sərxan Babayev ilə müsahibələr, SOCAR Polymer, Caspian Offshore Construction, Toyota şirkətləri haqqında yazılar, Gürcüstanın Prezidenti Georgi Marqvelaşvilinin iştiraki ilə Tbilisidə keçirilən II Beynəlxalq Caspian Energy Forum-2014 və 11-ci Caspian Energy Award-2014 tədbirləri haqqında məqalələr yer alıb.

Caspian Energy dünyanın 50 ölkəsində yayılır. 15 il ərzində jurnalda MDB və AB ölkələrinin prezident və baş nazirlərin, eyni zamanda nüfuzlu beynəlxalq təşkilatların, iri transmilli şirkətlərin rəhbərlərinin müsahibələri və aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur.

Caspian Energy jurnalının 2014-cü ildə dərc olunan digər saylarında Bolqariya Respublikasının baş naziri Plamen Oreşarski, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkxalter, Çexiya Respublikasının Prezidenti Miloş Zeman, Xorvatiya Prezidenti İvo Yosipoviç, Türkiyə cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Litva Respublikasının baş naziri Alqidras Butkyaviç, Avropa Komissiyasının Prezidenti Joze Manuel Barrozo, Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə müsahibələr təqdim olunub.

Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qaradəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, əksər investor (sərmayəçilər) üçün Xəzər-Qaradəniz və Basltik regionlarında fəaliyyət növünün seçilməsində istiqamətləndirici rolunu oynayır

Əlavə məlumat üçün müraciət edin:

Tel./Faks: (+994 12) 447 02 36/38, 447 21 86/87

E-mail: [email protected]; [email protected]

URL: www.caspianenergy.net;

www.caspianenergy.org;

www.caspianenergyforum.com;

www.caspianenergy.info;

www.caspianenergy.photo;

www.caspianenergy.tv;

www.caspianenergy.co.uk;

www.caspianenergy.ceo

Məqalədə:
Xəbər lenti

Xəbər lenti