...

6 rayonunun 10 kəndinə qaz verildi

Energetika Materials 24 Dekabr 2014 17:38 (UTC +04:00)
Bu gün Azərbaycanın 6 rayonunda daha 10 kəndə təbii qaz verilib.
6 rayonunun 10 kəndinə qaz verildi

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Bu gün Azərbaycanın 6 rayonunda daha 10 kəndə təbii qaz verilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Neftçala rayonunun Kürqarabucaq kəndinə təbii qazın ilk dəfə verilməsi ilə əlaqədar keçirilmiş tədbirdə bildirilib ki, 248 abonentlik kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 240 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 60 ədəd siyirtmə, 2 ədəd qaztənzimləyici şkaf, 248 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Zərdab rayonunun Yarməmmədbağı və Lələağacı kəndlərinə də ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş mərasimdə qeyd olunub ki, ümumilikdə 379 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 29 735 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 30 ədəd siyirtmə, 2 ədəd qaztənzimləyici şkaf, 379 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qusar rayonunun Kufoba və Qullar kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə isə bildirilib ki, ümumilikdə 185 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 22 742 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 185 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Dekabrın 24-də Ağstafa rayonunun Pirli kəndinə təbii qazın verilişi də bərpa olunub. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd edilib ki, 280 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 20 525 metr olan muxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 280 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bərdə rayonunun Körpüsındıran və Şirvanlı kəndlərinin yenidən təbii qazla təchiz edilməsi münasibətilə keçirilmiş tədbirdə vurğulanıb ki, ümumilikdə 626 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 28 302 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 47 ədəd siyirtmə, 626 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Ağsu rayonunun Qasımbəyli və Dədəli kəndlərinə də təbii qazın verilişi bərpa olunub. Bununla əlaqədar keçirilmiş mərasimdə bildirilib ki, ümumilikdə 80 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 10 332 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 4 ədəd siyirtmə, 80 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti