Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Anaxanım Hidayətova/
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinçenti gələn həftə Azərbaycana səfər edəcək. Bunu çərşənbə günü Trend-ə İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo deyib.
Onun sözlərinə görə, nazir müavini "Cənib Qaz Dəhlizi"nin I məşvərət şurasının iclasında iştirak edəcək.
Səfir qeyd edib ki, Rusiya qazının Türkiyəyə ("Türk axını") tədarükü layihəsi çox erkən mərhələdədir: "Bu layihənin investisiya və bazar potensialı baxımından necə inkişaf edəcəyi maraqlıdır. Nəticədən asılı olmayaraq, "Türk axını"nın TANAP-a təsir edəcəyini düşünmürəm".