...

ARDNŞ Azərbaycanda benzinə artan tələbatı təmin edəcək

Energetika Materials 8 Fevral 2015 11:30 (UTC +04:00)
Benzinə olan illik tələbatın artmasına baxmayaraq, ARDNŞ-nin malik olduğu istehsalat obyektləri Heydər Əliyev adına Bakı neft emalı zavodunda (NEZ) yenidənqurma və modernləşdirmə işləri tamamlanana kimi Azərbaycanda Aİ-92 markalı benzinə olan tələbatı tam təmin etməyə imkan verəcək.
ARDNŞ Azərbaycanda benzinə artan tələbatı təmin edəcək

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir Emil İsmayılov/

Benzinə olan illik tələbatın artmasına baxmayaraq, ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) malik olduğu istehsalat obyektləri Heydər Əliyev adına Bakı neft emalı zavodunda (NEZ) yenidənqurma və modernləşdirmə işləri tamamlanana kimi Azərbaycanda Aİ-92 markalı benzinə olan tələbatı tam təmin etməyə imkan verəcək. Bu barədə Trend-ə ARDNŞ-dəki mənbə bildirib.

Ötən il respublikanın benzinə artan tələbatının təmin edilməsi çərçivəsində ARDNŞ Aİ-95 markalı benzinin istehsalını tamamilə dayandırdı. Şirkət respublikada sərf edilən benzinin əsas hissəsi olan Aİ-92 benzininin istehsalına keçdi. Ölkədə 95 oktan ədədli benzinə tələbat idxal hesabına təmin olunur.

Mənbə bildirib ki, respublikanın Aİ-92 benzininə tələbatı tamamilə təmin olunur və NEZ tam modernləşdirilənə qədər təmin olunacaq: "Bu onunla izah olunur ki, istehlakın artması ilə paralel olaraq modernləşdirmə nəticəsində emal obyektləri də genişləndirilir".

Onun sözlərinə görə, Azərbaycanda istehlak olunan benzinin ümumi həcmində Aİ-92 markalı benzinin payı təxminən 80-90 faizdir.

Heydər Əliyev adına Bakı NEZ-in modernləşdirilməsi işlərini 2018-ci ilin sonu, 2019-cu ilin əvvəllərində başa çatdırmaq planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti