...

Azərbaycan neftinin qiymətləri: 2-6 mart həftəsinin yekunları

Energetika Materials 7 Mart 2015 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir Maksim Tsurkov/

Ötən həftə - 2-6 mart tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 62,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,29 dollar/barel azdır.

Trend-in məlumatına görə, 2-6 mart həftəsində AZERI LT-nin qiyməti maksimum 63,18, minimum isə 61,33 dollar/barel təşkil edib.

2-6 mart həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 57,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 0,68 dollar/barel azdır.

2-6 mart həftəsində URALS-ın qiyməti maksimum 58,12, minimum isə 56,25 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

2-6 mart həftəsində "Brent Dated" növünün orta qiyməti 60,28 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftəkindən 0,31 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 61,38 dollar, minimum isə 59,16 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti