Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir Maksim Tsurkov/
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Fransanın "Total" şirkəti ilə Xəzərin Azərbaycan sektorundakı "Abşeron" qaz yatağının işlənməsi layihəsi üzrə danışıqları uğurla davam etdirir. Bunu Trend-ə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə əsasən, "Total" indiki mərhələdə yatağın işlənməsi üzrə proqram hazırlayır.
R.Abdullayev qeyd edib: "Biz artıq FEED (Front End Engineering Design) layihəsinin ilkin layihələşdirilməsinin başa çatdırılması və qəbulu mərhələsindəyik".
Qeyd edək ki, proqnozlara əsasən, Xəzərin Azərbaycan sektorundakı "Abşeron" qaz-kondensat yatağından ilk qaz 2021-ci ilin IV rübündə əldə ediləcək.