...

SOCAR Novorossiyskdən neft ixracını 60 faiz artırıb

Energetika Materials 2 İyun 2015 03:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin may ayında Novorossiysk limanından 169 559 ton (ötən ilin mayında 84,83 min ton), Supsa limanından 169 425 ton (161,32 min ton), Ceyhan limanından isə 1 352 966 ton (1,66 milyon ton) xam neft ixrac edib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, ümumilikdə yanvar-may ayları ərzində Novorossiysk limanından 678 046 ton (ötən ilin analoji dövrünün göstəricisi (423,64 min ton) ilə müqayisədə 60,1 faiz çox), Supsa limanından 1 milyon 185 880 ton (2,04 faiz az), Ceyhan limanından isə 7 278 248 ton (13,8 faiz az) xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

May ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 64,32 dollara, Urals nefti 64,32 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 65,16 dollara satılıb.

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin may ayında 93 min 491 ton dizel yanacağı və 15 min 863 ton təyyarə yanacağı ixrac edib.

Ümumilikdə, 2015-ci ilin yanvar-may ayları ərzində 480 632 ton dizel yanacağı, 103 509 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib. 2015-ci ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 669,34 dollar, təyyarə yanacağının - 596,71 dollar, dizel yanacağının - 593,68 dollar, 1% kükürdlü mazutun qiyməti isə 346,79 dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti