...

Azərbaycan İraqın neft sektoruna investisiya qoymağa hazırlaşır

Energetika Materials 3 İyun 2015 13:06 (UTC +04:00)
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və İraq Milli Neft Şirkəti birgə layihələr üçün işçi qrupu yaradır.
Azərbaycan İraqın neft sektoruna investisiya qoymağa hazırlaşır

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir Maksim Tsurkov/

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və İraq Milli Neft Şirkəti birgə layihələr üçün işçi qrupu yaradır.

Trend-in məlumatına əsasən, bunu Azərbaycanın Energetika naziri Natiq Əliyev jurnalistlərə deyib.

N.Əliyev bildirib ki, söhbət İraqa investisiya qoyuluşundan gedir: "Neft yataqları ilə bağlı layihələrdən birini seçib onun üzərində işləməyi planlaşdırırıq".

Nazir qeyd edib ki, İraq şirkətləri də Azərbaycanda layihələrin reallaşdırılmasında iştirak etməyə dəvət ediliblər: "Bu əməkdaşlığın məhsuldar olacağından əminəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti