...

"Şahdəniz 2"-nin işlənməsinin maliyyələşdirilməsi üzrə yeni mənbə müəyyənləşib

Energetika Materials 3 İyun 2015 19:46 (UTC +04:00)
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi üzrə öhdəliklərin maliyyələşdirilməsi məqsədilə "Lukoil Overseas Shah Deniz Ltd." üçün kreditin ayrılması imkanını nəzərdən keçirir.
"Şahdəniz 2"-nin işlənməsinin maliyyələşdirilməsi üzrə yeni mənbə müəyyənləşib

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir Azad Həsənli/

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi üzrə öhdəliklərin maliyyələşdirilməsi məqsədilə "Lukoil Overseas Shah Deniz Ltd." üçün kreditin ayrılması imkanını nəzərdən keçirir.

Bu barədə Trend QDTİB-ə istinadən məlumat verir.

Məlumatda deyilir: "Layihəyə iki dəniz platformasının tikintisi, Səngəçal terminalı və Cənubi Qafqaz boru kəməri magistralının Bakı-Gürcüstan-Türkiyə sərhədi hissəsinin genişləndirilməsi daxildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti