...

“Şahdəniz” yatağından hasil edilən qazın 70 faizi ixrac ediləcək

Energetika Materials 7 İyun 2015 01:19 (UTC +04:00)
2015-ci ildə Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz 9,7 milyard kubmetr təşkil edəcək.
“Şahdəniz” yatağından hasil edilən qazın 70 faizi ixrac ediləcək

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir Maksim Tsurkov/

2015-ci ildə Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz 9,7 milyard kubmetr təşkil edəcək.

Trend-in məlumatına əsasən, bunu SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov Bakıda keçirilən 22-ci Beynəlxalq "Caspian Oil & Gas-2015" konfransında çıxışı zamanı deyib.

O bildirib ki, qazın ümumi həcmindən 2,6 milyard kubmetr daxili tələbata veriləcək, 6,3 milyard kubmetr Türkiyəyə, 0,74 milyard kubmetr isə Gürcüstana ixrac ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti