...

"Bulla-dəniz"də yüksək debitlə yeni quyu istismara verilib

Energetika Materials 16 İyun 2015 16:35 (UTC +04:00)
SOCAR-ın Kompleks Qazma İşləri Tresti ölkənin quru və dəniz ərazilərindəki 20-yə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun axtarış-kəşfiyyat və istismar qazma işlərini uğurla davam etdirir.
"Bulla-dəniz"də yüksək debitlə yeni quyu istismara verilib

Azərbaycan, Bakı, 16 iyun /Trend/

SOCAR-ın Kompleks Qazma İşləri Tresti ölkənin quru və dəniz ərazilərindəki 20-yə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun axtarış-kəşfiyyat və istismar qazma işlərini uğurla davam etdirir.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, trestin sifarişçilər tərəfindən təqdim olunmuş məlumatlara əsasən, respublikanın neft-qaz hasilatının sabit saxlanılması üçün istismar qazması işlərinin və yeni yataqların aşkar edilməsi üçün axtarış-kəşfiyyat qazma işlərinin yerinə yetirilməsi məqsədilə həyata keçirdiyi tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə olunur.

2015-ci ilin iyun ayında Kompleks Qazma İşləri Tresti tərəfindən "Bulla-dəniz" yatağındakı 122 nömrəli platformada qazılmış 124 nömrəli quyunun istismara təhvil verilməsi istiqamətində aparılmış işlər uğurla nəticələnib, Qirməki Üstü Qumlu Lay Dəstəsinin 5900-5862,75m intervalına hazır süzgəc endirilib.

Mənimsəmə-sınaq işləri nəticəsində quyu sutkada 1 250 000 kubmetr qaz, 250 ton kondensat hasilatı ilə istismara qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti