...

SOCAR Xəzərdəki yataqda yeni özülün istismara veriləcəyi müddəti açıqlayıb

Energetika Materials 21 İyul 2015 14:13 (UTC +04:00)
"Neftqaztikinti" Tresti tərəfindən ''Azneft'' İstehsalat Birliyinin sifarişi ilə ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında “Günəşli'' yatağında quraşdırılması nəzərdə tutulan yeni 7 nömrəli dərin dəniz özülünün inşası başa çatmaq üzrədir.
SOCAR Xəzərdəki yataqda yeni özülün istismara veriləcəyi müddəti açıqlayıb

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir Maksim Tsurkov/

"Neftqaztikinti" Tresti tərəfindən ''Azneft'' İstehsalat Birliyinin sifarişi ilə ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında "Günəşli'' yatağında quraşdırılması nəzərdə tutulan yeni 7 nömrəli dərin dəniz özülünün inşası başa çatmaq üzrədir.

Trend-in SOCAR-a istinadən verdiyi məlumata görə, 20 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özülün dayaq bloku, daşıyıcı göyərtənin birinci və ikinci hissələri dənizə nəql olunaraq layihə nöqtəsində quraşdırılıb, 8650 ton svay vurulub.

Hazırda özülün modullarının yığılması prosesinə hazırlıq görülür. Göyərtədə quraşdırma işləri tam yekunlaşdıqdan sonra 16 ədəd modulun layihə nöqtəsində tikintisinə başlanılacaq. Bundan başqa, layihə çərçivəsində ümumi uzunluğu 12 km olan 9 ədəd neft-qaz boru xətləri quraşdırılacaq. Eyni zamanda elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə dairəvi sistem üzrə 11 km uzunluğunda sualtı kabel xəttinin çəkilməsi nəzərdə tutulur. Özülün Trest tərəfindən cari ilin sonuna kimi istismara veriləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti