...

Göbəktalaya da qaz verildi

Energetika Materials 22 İyul 2015 17:08 (UTC +04:00)
Bu gün İmişli rayonunun Şahverdili və Göbəktala kəndlərinə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə tədbirlər keçirilib.
Göbəktalaya da qaz verildi

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Bu gün İmişli rayonunun Şahverdili və Göbəktala kəndlərinə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə tədbirlər keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirlərdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 298 abonenti olan Şahverdili kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 20 065 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 298 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 322 abonenti olan Göbəktala kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 407 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 322 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti