...

Azərbaycan və İran digər ölkələrə birgə sərmayə qoya bilərlər

Energetika Materials 3 Avqust 2015 15:12 (UTC +04:00)
Azərbaycan və İran qaz sahəsində üçüncü ölkələrə birgə sərmayə qoyulması ilə bağlı müzakirələr aparıblar.
Azərbaycan və İran digər ölkələrə birgə sərmayə qoya bilərlər

İran, Tehran, 3 avqust /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycan və İran qaz sahəsində üçüncü ölkələrə birgə sərmayə qoyulması ilə bağlı müzakirələr aparıblar. Bunu Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin Tehrana səfəri (3-4 avqust) öncəsi Trend-ə müsahibə verən İran-Azərbaycan hökumətlərarası komissiyanın katibliyinin rəhbəri Mehdi Möhtəşəmi bildirib.

O, qeyd edib ki, İran hazırda Fars Körfəzi ölkələri, o cümlədən Oman və İraqla qaz ixracı ilə bağlı sıx müzakirələr aparır: "Müzakirələrdə çox yaxşı nailiyyətlərimiz də olub. Əgər Azərbaycan və ya hər hansı ölkə bu sahədə investisiya yatırmaq və əməkdaşlıq etmək istəyərsə, İran bunu alqışlayır. Bilirəm ki, iki ölkə arasında üçüncü ölkələrə birgə sərmayə yatırmaq və əməkdaşlıq üçün niyyət var, lakin hansısa layihənin adını çəkə bilmərəm".

M.Möhtəşəmi deyib ki, hər iki ölkənin neft və enerji sahəsində, xüsusilə də qaz ixracı sahəsində çox yaxşı təcrübəsi var: "İki ölkənin rəhbərliyi belə layihələri dəstəkləyir. Düşünürəm ki, bunun üçün siyasi iradə var və texniki baxımdan məsələlər öz həllini taparsa, hər iki ölkə üçüncü ölkələrə birgə sərmayə yatıra və əməkdaşlıq edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti