...

"TAP İran qazının Avropaya nəqli üçün etibarlı marşrut ola bilər"

Energetika Materials 3 Avqust 2015 18:59 (UTC +04:00)
Transadriatik boru kəməri (TAP) İran qazının Avropaya nəqli üçün etibarlı marşrut ola bilər.
"TAP İran qazının Avropaya nəqli üçün etibarlı marşrut ola bilər"

İran, Tehran, 3 avqust /Trend, müxbir Təmkin Cəfərov/

Transadriatik boru kəməri (TAP) İran qazının Avropaya nəqli üçün etibarlı marşrut ola bilər. Bunu Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin Tehrana səfəri (3-4 avqust) öncəsi Trend-ə müsahibə verən İran-Azərbaycan hökumətlərarası komissiyanın katibliyinin rəhbəri Mehdi Möhtəşəmi bildirib.

O, qeyd edib ki, Azərbaycan və İran arasında neft-qaz sahəsində əməkdaşlıq üçün xeyli məsələ var: "Yol xəritəsi" bizim üçün müəyyən edib ki, hansı işləri görməliyik. İran vasitəsilə qazın Naxçıvan Muxtar Respublikasına ötürülməsi, TANAP və TAP layihələrində İranın iştirakı, "swop" tədarükləri, iki ölkənin Xəzər dənizində əməkdaşlığı, İranın "Şahdəniz" layihəsinin ikinci mərhələsində payının artırılması iki ölkənin enerji sahəsində əməkdaşlıq edə biləcəyi məsələlərdir ki, bununla bağlı danışıqlarda da çox yaxşı irəliləyişlər var. Sevindirici haldır ki, İran qazının ötürülməsi ilə bağlı Azərbaycanla öz araşdırmamızı aparmışıq. Bir ay yarım öncə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Tehrana səfər etmişdi və İranın neft naziri Bijən Zəngənə ilə çox yaxşı müzakirələri olmuşdu. Həmçinin İran neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zamaniniya Azərbaycana səfər etmişdi. İran qazının Azərbaycan vasitəsilə ötürülməsi ilə bağlı çox yaxşı müzakirələrimiz olub".

M.Möhtəşəmi deyib ki, İran dünyada ən böyük qaz ehtiyatlarına sahib ölkələrdən biridir: "İran maraqlıdır ki, öz daxili tələbatından əlavə, digər ölkələrə də qaz ixrac etsin. Hazırda İran Türkiyəyə qaz ixrac edir. İran qazının digər ölkələrə ixracı üçün müxtəlif marşrutlar araşdırılır. Onlardan biri də TAP layihəsinin marşrutudur. Bu layihə ilə bağlı Azərbaycanla ilkin danışıqlar aparmışıq və bəzi işlər görülüb. Biz bu sahədə həm birgə sərmayə yatıra bilərik, həm də İran qazının Avropaya nəqli üçün TAP etibarlı marşrut ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti