...

"Bulla-dəniz"də quyu qazırlar

Energetika Materials 6 Avqust 2015 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

"Bulla-dəniz" yatağındakı 122 nömrəli stasionar dəniz özülündən 125 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, layihə dərinliyi 6200 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən məhsuldar qatın VIII horizontuna qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 150 ton kondensat və 800 000 kubmetr hasil ediləcək.

Quyuda istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti