Neftsiz Azərbaycan: Bizi nə gözləyir? – Fikrət Yusifovun şərhi

Neftsiz Azərbaycan: Bizi nə gözləyir? – Fikrət Yusifovun şərhi

Fikrət Yusifov - İqtisad elmləri doktoru, professor

Dünya bazarlarında neftin qiymətlərinin ucuzlaşması bəzi "həvəskar" yazarların qol-qanadını açıb. Baş verən proseslərin mahiyyətini yetərincə dərk edə bilməyənlər vəziyyəti "mütəxəsis" kimi şərh etməyə meyillənirlər. Biz Azərbaycan iqtisadiyyatında neft amili ilə bağlı söylənilən yalanları konkret faktlarla nə qədər ifşa etsək də, bu yalanları tırajlayanlar öz əməllərindən əl çəkmək fikrində deyillər.

Bu adamların işi-gücü kol dibində gizlənib yoldan keçən avtomobilə daş atan uşaqlar kimi hərdən mətbuata çıxıb beləcə "daş atmaq"dan ibarətdir. Amma gərək unutmasınlar ki, hansı yalanları uydurmalarından, cəmiyyətə hansı çaşdırıcı xəbəri ötürmələrindən asılı olmayaraq, biz bütün bunları ifşa etməkdə və kimin hara qədər iqtisadçı olduğunu göstərməkdə davam edəcəyik. Vətənimizi sevirik, dövlətimizə sarsılmaz tellələrlə bağlıyıq, ölkəmizin qısa zaman ərzində böyük iqtisadi inkişaf yolu keçərək regionda ən qüdrətli dövlətə çevrilməsindən qürur duyuruq. Kim bu nailiyyətlərə kölgə salmağa, görülən bənzərsiz işlərə qara yaxmağa, özündən rəqəmlər uydurub insanlarımıza doğru olmayan bilgilər verməyə çalışacaqsa, bunun cavabını dərhal alacaq. Bu adamlar əmin olsunlar ki, biz - "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi olaraq dünyada gedən iqtisadi prosesləri yaxından izləməklə yanaşı, Azərbaycanın sosial-iqtisadi özəlliklərini dərindən təhlil edib ölkələr arasında paralellər aparmaq yolu ilə reallığın şəklini çəkməkdə davam edəcəyik. Özünün siyasi maraqlarından çıxış edən, eləcə də müxtəlif xarici dairələrdən gələn göstərişləri yerinə yetirmək həvəsinə düşənlərin cızma-qaraları, iqtisadiyyat adına uyğun gəlməyən "təhlilləri" nəzərimizdən yayınmır. İqtisadi sahəyə aid bütün xəbər və açıqlamaları diqqətlə izləyir, iqtisadçı qiyafəsində zühur edənlərin dilə gətirdiyi rəqəmləri qeydə alırıq. İstənilən bir uyğunsuzluq və ölkənin iqtisadi göstəricilərinin təhrif olunması kimi hallar müşahidə olunarsa, biz bütün bunlara, "Hər şeyi olduğu kimi göstərmək" kimi prinsipimizə uyğun şəkildə reaksiya verəcəyik.

***
Son 10 ildən bir qədər artıq vaxt ərzində Azərbaycanın inqilabi sıçrayışla əldə etdiyi iqtisadi nailiyyətlərdən beynəlxalq maliyyə qurumlarının hesabatlarında açıq və aydın şəkildə bəhs olunur. Xarici təşkilatların hesabatlarına istinad etməyi sevənlər buyurub həmin sənədlərə nəzər sala bilərlər. Əslində bu adamlar Azərbaycanın haradan hara gəldiyini hamıdan yaxşı görürlər. Yəqin Heydər Əliyev hakimiyyətinə qəpiyə möhtac bir büdcə qoyub getdiklərini də unutmayıblar. Sadəcə bir missiyaları var ki, onu yerinə yetirmək xatirinə istənilən yalanın altından imza atmağa hazırdırlar. Bu missiya hər şeyi qara rəngdə təqdim etmək, görülən işlərə kölgə salmaq, insanlara həqiqətə uyğun olmayan informasiyalar ötürmək və ölkəni guya fəlakətlər gözlədiyinə dair təsəvvürlə yaratmaqdan ibarətdir. Belə bir missiyaya "könül verən"lər öz çirkin niyyətlərini nə yolla olursa olsun reallaşdırmağa çalışırlar. Lakin anlamırlar ki, tutduqları yol əslində onların özlərini bataqlığın dərinliklərinə aparır. "Neftin qiymətləri düşür və bu səbəbdən Azərbaycan iqtisadiyyatı çökəcək, onun maliyyə bank sistemi tam iflasa uğrayacaq" kimi heç bir məntiqə və ağıla sığmayan çağrışlar da göstərir ki, bu adamlar adi riyazi hesablamaları belə düzgün apara bilmirlər. Ortada konkret rəqəmlər var və onları təkzib etmək, gizlətmək mümkün deyil.

***
2004-cü ildən başlayaraq son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə hesab olunur. Bu müddət ərzində onun Ümumi Daxili məhsulu 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, valyuta ehtiyatları isə 28 dəfəyə qədər artmışdır. Göstərilən dövrdə ölkədə orta aylıq əmək haqqı 5,7 dəfə, orta aylıq pensiya 9,2 dəfə artmışdır. Bu illər ərzində 2900 məktəb binası, 560 tibb ocağı tikilib və əsaslı təmir edilib. 41 olimpiya idman mərkəzi, 30 gənclər mərkəzi yaradılıb. 11 il ərzində yüzlərlə yeni istehsal və emal müəssisələri açılmış, 1 milyon 300 mindən artıq yeni iş yerləri yaradılmışdır ki, bunun da 1 milyona qədəri daimi iş yerləridir.

***
2014-cü ilin yekunlarına görə, Azərbaycanın qeyri-neft sektorundan ixracın həcmi 1,8 milyard ABŞ dollarına yaxın olmuşdur. Bəli, bu rəqəm bizim ümumi ixracımızın 8,0%-nə bərabərdir və elə bu səbəbdən də ilk baxışda az görünür . Lakin son 10 ildən artıq bir vaxt ərzində hökumətin ölkədə qeyri-neft sektorunu inkişaf etdirməklə bağlı atdığı kardinal addımlar - Regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramının uğurla reallaşması, keçən ilin sənaye, cari ilin kənd təsərrüfatı ili elan edilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyinin artması və bütün bunların nəticəsi olaraq yerlərdə sürətlə sənaye məhəllələrinin yaradılması, aqroparkların qurulması, sonda qeyri-neft sektorundan ixracın həcminin böyük sürətlə artmasına gerçək zəmin yarada bilmişdir. Son 5 il ərzində Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun payı 20%-ə qədər artaraq ümumilikdə 70%-ə yaxınlaşmışdır. Elə bunun nəticəsidir ki, son 5 ildə qeyri-neft sektorundan ixracın həcmi 65% artmışdır ki, bu da orta illik 13% artım deməkdir. Qeyri neft-sektorunun qısa zaman çərçivəsində belə sürətli inkişafı təcrübəsinə heç yerdə rast gəlinməyib. Bax, budur Azərbaycan iqtisadiyyatının bugünkü real durumu. Bu faktları, bu həqiqətləri heç kim təkzib edə bilməz. Bunu təkcə biz deyil, bütün dünya görür və etiraf edir. Unutmayaq ki, Azərbaycan bütün bu nailiyyətləri Ermənistanla müharıbə şəraitində olduğu bir dövrdə əldə edib. Bəli, neftin qiymətləri dünya bazarlarında bu günə qədər iki dəfəyə qədər aşağı düşüb və heç bir şübhə yoxdur ki, bu prosesi idarə edən nəhəng güclər qiymətləri bir qədər də aşağı sala və lazım bildikləri səviyyəyə endirə bilərlər. Lakin qiymətlərin aşagı düşməsi Ümumi Daxili Məhsulunda qeyri- neft sektorunun payı artıq 70%-ə yaxın olan və bu kursu xüsusi dövlət proqramları çərçivəsində aparan bir ölkə üçün hansısa "qorxulu perspektivlər" yarada bilməz. Neftin qiymətlərinin aşağı düşməsi gəlirlərimizi azaldacaq, ancaq bu, heç bir halda fəlakət sayıla bilməz. Biz artıq neft gəlirlərini kifayət qədər səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafında yüksək nəticələr əldə edə bilmişik. Azərbaycan hökuməti son 11 il ərzində elə neft gəlirlərinin də bir qismini bu məqsədə istifadə etməklə ölkə iqtisadiyyatının diversifikasiya edilməsi üçün elə bir möhkəm bünovrə yarada bilib ki, bundan sonra iqtisadiyyatın neftdən asılılığı getdikcə minimuma enəcək.

DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yol şəbəkəsinin tikintisinə 2 milyon manata yaxın vəsait ayıracaq
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yol şəbəkəsinin tikintisinə 2 milyon manata yaxın vəsait ayıracaq
Loading Bars
Xəbər lenti
Azad edilmiş ərazilərdə layihələrin reallaşdırılması yeni iş yerləri yaradacaq
Azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
İlham Əliyev müxtəlif siyasi qüvvələrin fikir birliyini təmin edən lider kimi də tarixə düşdü - Tarixçi alim
Ukrayna Azərbaycanı koronavirusla əlaqədar təhlükəli ölkələr siyahısından çıxarıb
Diabetlə əlaqəli fəsadlaşmaların sayının artması büdcəyə ağır maliyyə yükü yaradır - Agentlik sədri
Braziliyada ötən sutka koronavirusdan 1 038 nəfər ölüb
Azərbaycanda istehsalı artmış və azalmış məhsullar açıqlanıb
"Anglo Asian Mining" şirkəti ötən il Azərbaycanda mis istehsalını artırıb
Kompensasiya ilə bağlı şayiələr həqiqəti əks etdirmir - TƏBİB
ABŞ-ın səhiyyə naziri istefaya gedib
Paytaxtın küçələri yenidən dezinfeksiya edilir (FOTO)
Fransada koronavirusdan ölənlərin sayı 70 min nəfərə çatır
Trampın "Facebook" və "İnstagram" hesabları bərpa edilib
Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini vəzifəsinə namizədini açıqlayıb
İranda güclü zəlzələ baş verib
İspaniyada rekord sayda yoluxma halı qeydə alınıb
Cəbhəboyu ərazilərdə əl qumbaraları, mərmilər və minalar aşkarlanıb - ANAMA (FOTO)
BMT-nin baş katibi koronavirusa qarşı vaksinasiya olunacaq
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 709 mindən çox artıb
Meksika sahillərində güclü zəlzələ baş verib
"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
Yanvarın 18-dək ictimai nəqliyyat işləməyəcək
Müzəffər Ali Baş Komandan milli mənəviyyatımızın zirvəsi Şuşada - Azərbaycan xalqı, başını uca tut!
Yüksəl, Yüksəl... Mən də yüksəldim, ən uca zirvəyə... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)
ABŞ Kubanın Daxili İşlər Nazirliyinə qarşı sanksiya tətbiq edib
Britaniyada bir gündə koronavirusdan 1 280 nəfər ölüb
İsraildə 2 milyondan artıq insan koronavirusa qarşı vaksinasiya olunub
Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon nəfəri ötdü
Bu gün “Vikipediya” internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir - Leyla Abdullayeva
Cəbrayıl uğrunda döyüşən şəhid - Elvin Məmmədov (FOTO)
Azərbaycanda pandemiya dövründə bu sahədə gəlirlər artıb
Aİİ-nin rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Kainatın ən qədim planeti aşkar edilib
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
Ermənilər üçün ən optimal yol reallığı qəbul etməkdir - Politoloq
Şuşalılar: Prezidentimizi Şuşada görmək çox qürurvericidir - Trend TV-nin Ağdamdan reportajı
Nazir müavini Hidayət Abdullayev şəhid ailələri ilə görüşdü (FOTO)
Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO)
Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
"DOSTTALKS - Vətən Müharibəsi" tədbiri keçirilib (FOTO)
Coca-Cola və ASAN Könüllüləri “Bir sifariş – Bir sevinc” layihəsi çərçivəsində 1500 ailəyə dəstək oldu! Aksiya davam edir (FOTO)
“YAŞAT” Fondu ciddi fiziki travma alan qazilərimizi uğurla əməliyyat etdirib (FOTO)
Astarada meşə zolağında yanğın olub (FOTO)
Sevil Mikayılova: İslam dini abidələrinə qarşı erməni vəhşiliyi dünya birliyi tərəfindən pislənməlidir
Azərbaycan Prezidenti: Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə, dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun! (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gecə cəmi beş saat yatmışam, çünki Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir
Prezident İlham Əliyev: Otuz il ərzində birinci dəfə Ali Baş Komandan Şuşaya gəlib, sözün düzü, Şuşadan getmək istəmir
ATƏT-in Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub
Azərbaycanın bu Dövlət Komissiyası ləğv edildi
Azərbaycan Minatəmizləmə Agentliyi yaradılıb
“ASAN xidmət”də şəhid və qazi ailələri üçün xüsusi xidmət təşkil edildi
"Tez qərar qəbul etmə xüsusiyyəti PAŞA Bankın güclü tərəfidir"
Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir - Vüqar Rəhimzadə
Ceyhun Bayramov finlandiyalı həmkarı ilə telefonla danışıb
Pandemiyadan sonra dünya əvvəlki vəziyyətinə qayıtmayacaq - BMT nümayəndəsi
Bölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)
UNEC-də konfrans: "Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər" (FOTO)
Güllələnmiş büstlərin Şuşaya qayıdışı möhkəm siyasi iradənin, mədəni irsimizə dərin ehtiramın təzahürüdür – Deputat
Polşa mediasında Qarabağ münaqişəsinin tarixi aspektlərindən yazılıb
Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır - “Azəriqaz”
Vaksinasiyadan əvvəl sahə həkiminin yoxlanışından keçmək mütləqdir - İşçi qrupun üzvü
Ata yurduma ayaqyalın qayıtmağa hazıram - Böyük qayıdışı gözləyən məcburi köçkün (VİDEO)
Fizika İnstitutunun vəzifəsindən azad edilən direktoru açıqlama verdi
Niderland hökuməti istefa verir
Ağdam rayonunun Qasımlı kəndi (FOTO/VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Doğma, sevimli, əvəzolunmaz Şuşa! Tezliklə görüşənədək! (FOTO)
PAŞA Bank Visa kartınızla tibbi xidmətlərə endirim əldə edin!
Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
Şuşa səfəri qalibiyyətimizin və milli qürurumuzun növbəti təntənəsidir - Naqif Həmzəyev
“ASK Ayaqqabı Fabriki” MMC 2020-ci il üçün fəaliyyətinin nəticələrini açıqlayıb
Əfqanıstan Azərbaycana haqq işində həmişə dəstək verib - Səfir
Azərbaycanla Əfqanıstan arasında əlaqələrin perspektivləri müzakirə edilib
Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
Bakıda bacısını güllələyib öldürən məmur övladının məhkəməsi başlayır
Azərbaycan və Belarus qarşıdakı ikitərəfli səfərlərin qrafikini müzakirə ediblər
Xızıda dayısını güllələyən şəxsin işi məhkəməyə göndərildi
Faktiki hava şəraiti açıqlanıb
Putin Təhlükəsizlik Şurasının iclasında Moskva görüşünü müzakirə edib
İmtahan sessiyası ilə bağlı monitorinqlərin nəticələri təhlil ediləcək - Nazirlik
Pedaqoji təcrübələr necə təşkil olunacaq?
“İnnovasiyalar Mərkəzi” 2020-ci ilin yekunları ilə bağlı hesabat verdi (FOTO)
2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması Azərbaycan mədəni irsinə göstərilən yüksək diqqətin təcəssümüdür - Deputat
Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacibdir - Ekspert
Beynəlxalq maliyyə qurumları ilə koordinasiya görüşü keçirilib (FOTO)
İndoneziyada təbii fəlakətlərlə əlaqədar 15 min nəfər təxliyə edilib
RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
Distant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlərin qeydiyyatı aparılır
Binəqədidə qanunsuz fəaliyyət göstərən süd və süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb (FOTO)
Tələbə köçürmələri zamanı bu tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər
Prezident İlham Əliyev: Son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər
Prezident İlham Əliyevdən beynəlxalq təşkilatlara müraciət: Hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa RİH binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış olublar
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı TƏKLİFLƏR var
Prezident İlham Əliyev: Bu gün Şuşaya gələrkən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm
Bütün xəbərlər